Silva qərarını verdi

3 Aprel 2026 11:45

Yarımmüdafiəçi Bernardo Silva bu yay "Mançester Siti"dən ayrılmaqla bağlı son qərarını verib.

Milli.Az İdman.Biz-ə istinadən xəbər verir ki,  bu barədə insayder Fabrizio Romanoya istinadən bildirir.

31 yaşlı portuqaliyalı futbolçu bu yay klubdan pulsuz transferlə ayrılacaq. Silva və nümayəndələri bu aydan etibarən bütün variantları və təklifləri qiymətləndirməyə başlayacaqlar.

Bernardo 2017-ci ildən "Siti"də oynayır və klubla 19 kubok, o cümlədən Çempionlar Liqası və altı Premyer Liqa titulunu qazanıb.

Milli.Az