"10 yaşımda metronun qabağında qələm satırdım"

3 Aprel 2026 12:37

Müğənni Zamiq Hüseynov maraqlı açıqlamaları ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi verdiyi müsahibədə həyat yolu və uğur hekayəsindən danışaraq hər zaman qazanc əldə etdiyini bildirib. O, qeyd edib ki, hələ 10 yaşından çalışmağa başlayıb:

"Uğurlu insanam. 10 yaşımdan işləyirəm. Metronun qabağında qələm satırdıq, ən çox satan mən idim. Hansı işdə olsam, uğur qazanardım, sadəcə o işə vaxt ayırmağım lazımdır".

Müğənni əlavə edib ki, müxtəlif xırda bizneslərlə də məşğul olub və bu sahədə də digərlərindən daha çox qazanc əldə edib:

"Başqa xırda işlər də görürdük, hamıdan çox məndə alınırdı. Bir işə sevgimi qoyanda bilirəm ki, alınacaq".

Qeyd edək ki, Zamiq Hüseynovun bu fikirləri sosial şəbəkələrdə maraqla qarşılanıb və müzakirələrə səbəb olub.

Musa
Milli.Az