Anasının görüntüsünü görən müğənni hönkür - hönkür AĞLADI - VİDEO

5 Aprel 2026 11:45

Efirlərin birində kövrək anlar yaşanıb.

Milli.Az xəbər verir ki, veriliş zamanı Nicat Məhərrəmov mərhum anasının görüntülərini izləyərkən emosiyalarına hakim ola bilməyib. Sənətçi studiyada göz yaşlarını saxlaya bilməyərək hər kəsi duyğulandırıb.

Anası ilə bağlı xatirələrini bölüşən müğənni çıxışı zamanı tez-tez kövrəlib, hisslərini gizlətməyib. Onun səmimi etirafları və yaşadığı duyğusal anlar tamaşaçılar tərəfindən də həssaslıqla qarşılanıb.

Qeyd edək ki, proqramın bu buraxılışı sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Musa
Milli.Az