Dəridəki yara izlərini yox edən MÖCÜZƏVİ YAĞ: Faydasını çox az adam bilir!

2 Aprel 2026 20:08

Yara və çapıq izləri bir çox insan üçün həm estetik, həm də psixoloji narahatlıq mənbəyidir. Xüsusilə üz və əllər kimi görünən nahiyələrdə olan bu izlər gündəlik sosial həyatda özünəinamı azalda bilir. 

Milli.Az xəbər verir ki, bahalı kosmetik vasitələrin və kremlərin hər zaman gözlənilən nəticəni vermədiyi məqamlarda, təbiətin bizə bəxş etdiyi ən təsirli vasitələrdən biri - Dazıotu (kantaron) yağıdır.

Dazıotu yağı dəri tərəfindən çox tez hopur və epidermisin üzərində sanki görünməz bir müdafiə qatı yaradır. Bu təbii məhsulun tərkibindəki aktiv maddələr dərinin bərpası prosesini sürətləndirir. Onun digər yağlardan fərqləndirən əsas xüsusiyyəti isə güclü sakitləşdirici təsirə malik olmasıdır: bu, tətbiq olunduğu bölgədəki qızartı və qıcıqlanmanı minimuma endirir.

Yara izlərinin solması və dərinin hamarlaşması üçün düzgün tətbiq üsulu çox vacibdir: Yağı çəkməzdən əvvəl dəri səthinin tamamilə təmiz olduğundan əmin olun.  İncə bir təbəqə halında yara izinin üzərinə çəkin. Sərt hərəkətlərdən qaçaraq, yüngül, dairəvi və yumşaq masaj hərəkətləri ilə yağın dəriyə hopmasını təmin edin. Dazıotu yağı dərini günəş şüalarına qarşı həssaslaşdıra bilər. Buna görə də, bu yağı istifadə etdiyiniz müddətdə günəşə çıxarkən həmin nahiyəni qorumaq və ya günəş qoruyucu kremlərdən istifadə etmək tövsiyə olunur.

Səkinə Yusifova
Milli.Az