Bakıda yaşayış binasındakı yanğın söndürülüb - YENİLƏNİB YENİLƏNİB

2 Aprel 2026 17:32

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Nəsimi rayonunda yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzilin eyvanında məişət tullantıları yanıb. Yanğın qısa müddətdə söndürülüb./Lent.az

Milli.Az
_______________

Saat - 16:50

Bakıda yaşayış binasında yanğın başlayıb. 

Milli.Az xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb. 

Yaşayış binasının sonuncu mərtəbəsində meydana gələn yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürənlər cəlb edilib. 

Əlavə məlumat veriləcək.

Milli.Az