Pəhrizdə ən böyük səhv tez-tez menyu dəyişməkdir

3 Aprel 2026 08:41

Qida rasionunu tez-tez dəyişməyən və gündəlik kalorini sabit saxlayan insanlar daha sürətli arıqlayır.

Milli.Az xəbər verir ki, nəticələr "Health Psychology" jurnalında dərc olunub. 112 nəfərin iştirak etdiyi 12 həftəlik tədqiqatda məlum olub ki, sabit pəhriz saxlayanlar çəkilərinin orta hesabla 5.9%-ni, rasionunu tez-tez dəyişənlər isə 4.3%-ni itiriblər.

Mütəxəssislər bildirirlər ki, qidalanmanın sabit olması qərar vermə prosesini asanlaşdırır və pəhrizə əməl etməyi sadələşdirir. Kaloridə hər 100 kkal fərq isə arıqlama effektivliyini azaldır.

Alimlərin fikrincə, əvvəlcədən planlaşdırılmış və təkrarlanan qidalanma rejimi arıqlamaq istəyənlər üçün daha praktik və effektivdir.

Asya
Milli.Az