Siqaret çəkən valideynlərin NƏZƏRİNƏ

2 Aprel 2026 15:57

Tütün tüstüsünün passiv şəkildə udulması uşaqların sağlamlığına, xüsusilə də dişlərinə ciddi zərər verir. Bu, ağız suyunun qoruyucu təsirini zəiflədir və iltihabi prosesləri gücləndirir.

Milli.Az xəbər verir ki, 427 uşaq üzərində aparılan araşdırma göstərib ki, onların yarıdan çoxu siqaret çəkilən mühitdə yaşayır. Məlum olub ki, tütün tüstüsünə məruz qalma artdıqca diş zədələnmələri də çoxalır, ən sağlam dişlər isə belə mühitdən uzaq olan uşaqlarda müşahidə edilir.

Alimlər bildirirlər ki, kariyes riskinə yalnız tüstü deyil, ailə vərdişləri də təsir edir. Siqaret çəkilən ailələrdə uşaqlarda qeyri-sağlam qidalanma və artıq çəki daha çox rast gəlinir ki, bu da stomatoloji problemləri daha da artırır.

Asya
Milli.Az