Laporta hər şeyi rədd etdi

2 Aprel 2026 13:26

İspaniyanın "Barselona" futbol klubunun prezidenti Joan Laporta klubun iqtisadi vəziyyəti və Avropa Superliqası ilə bağlı son durumu şərh edib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, klub rəhbəri bütün La Liqa təmsilçilərinin çox ciddi maliyyə nəzarəti altında olduğunu vurğulayıb. O bildirib ki, kataloniyalılar cari dövr üçün 1,1 milyard avro (2 milyard AZN) gəlir əldə edəcəklər. Bu məbləğ əvvəlcədən proqnozlaşdırılandan daha çoxdur.

Prezidentin sözlərinə görə, bu artım klubun "maliyyə feyr-pley"i qaydalarına əməl etməsinə və yeni transferlər üçün lazımi büdcəni formalaşdırmasına böyük kömək olacaq.

Laporta həmçinin uzun müddətdir müzakirə edilən Superliqa layihəsinə də toxunub. O, bu layihənin artıq gündəmdə olmadığını və tamamilə dayandırıldığını qətiyyətlə bildirib.

Milli.Az