Tofiq Yaqublu barəsində yekun qərar AÇIQLANDI

2 Aprel 2026 13:05

Dələduzluqda təqsirli bilinən Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun kassasiya şikayətinə baxılıb.

Milli.Az xəbər verir ki, Ali Məhkəmə bu gün yekun qərarını açıqlayıb.

Məhkəmə T.Yaqublu ilə bağlı əvvəlki qərarda qanun pozuntusu aşkar etməyib. Bu əsasla şikayət təmin edilməyib.

Qeyd edək ki, T.Yaqublu 2023-cü ilin dekabrında həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəmnəsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. Apellyasiya instansiyası hökmü dəyişdirmədən təsdiqləyib./Qafqazinfo

Milli.Az