Yuxusuzluğun əsl səbəbi bu imiş: Çoxlarının gözdən qaçırdığı DETAL

2 Aprel 2026 22:30

Müasir dövrün ən kəskin problemlərindən biri də yuxusuzluq, yəni elmi adı ilə desək, insomniadır. Həm daxili, həm də xarici faktorların təsiri nəticəsində bu problemin əsl səbəbini tapmaq bəzən xeyli çətinləşir.

Milli.Az xəbər verir ki, mütəxəssislər yuxu pozğunluğuna səbəb olan və çoxumuzun adi hal hesab etdiyi bir detalı açıqlayıblar.

İnsomnia zamanı insan yuxuya getməkdə çətinlik çəkir, gecə boyu tez-tez oyanır və nə qədər yatsa da, səhər özünü gümrah və enerjili hiss etmir. Bu, yuxusuzluğun ən çox rast gəlinən əlamətləridir və uzun müddət davam etdikdə orqanizmdə ciddi fəsadlara yol açır.

Yuxusuzluğun səbəbləri kimi adətən stress, anksiyete (təşviş), depressiya, həddindən artıq kofein və nikotin qəbulunu bilirik. Lakin ən əsas və gizli problem "mavi ekran" faktorudur. Çoxları yatmazdan əvvəl və ya yataqda olarkən elektron cihazlardan (telefon, planşet) istifadə edir. Bu cihazların yaydığı mavi işıq beyinə birbaşa siqnallar göndərərək melatoninin (yuxu hormonu) ifrazını ləngidir və orqanizmə hələ yatmaq vaxtı olmadığını "pıçıldayır".

Həkimlərin məsləhətinə görə, yuxu keyfiyyətini artırmaq üçün yatmazdan ən azı 30 dəqiqə - 1 saat əvvəl telefon və digər elektron cihazlarla əlaqəni kəsmək lazımdır. Eyni zamanda, səhər oyanan kimi ilk iş olaraq telefona baxmaq da yuxu dövriyyəsini pozan əsas faktorlardan biridir. Gözlərinizi açan kimi süni işığa məruz qalmaq beynin təbii oyanma prosesinə mane olur.

Yadda saxlayın ki, sağlam yuxu həm fiziki, həm də psixi sağlamlığın təməlidir. Bu kiçik detala diqqət yetirməklə həyat keyfiyyətinizi əhəmiyyətli dərəcədə artıra bilərsiniz.

Səkinə Yusifova
Milli.az