“Təklif edirəm ki, uşaqlar 3 yaşında məktəbə getsinlər" - VİDEO

2 Aprel 2026 11:00

"Təklif edirəm ki, uşaqlar 3 yaşında məktəbə getsinlər" fikri ilə çıxış edən Almaz Əsgərova yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, əməkdar müəllimin səsləndirdiyi bu təklif cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Onun fikrincə, uşaqların erkən yaşdan təhsilə cəlb olunması onların inkişafına müsbət təsir göstərə bilər və gələcəkdə daha hazırlıqlı olmalarına şərait yaradar. Təhsil adamı bunu daha çox azyaşlıların məktəbdən öncə mobil telefonla tanış olması ilə əlaqələndirib.

Lakin bu yanaşma birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bəzi istifadəçilər 3 yaşın məktəb üçün çox erkən olduğunu bildirərək, uşaqların bu dövrdə daha çox oyun və sosiallaşma mərhələsində olmalı olduqlarını vurğulayıblar.

Digər tərəfdən, təklifi dəstəkləyənlər isə hesab edir ki, düzgün proqram və yanaşma ilə erkən təhsil uşaqların intellektual inkişafına müsbət təsir edə bilər.

Mövzu qısa zamanda geniş rezonans doğuraraq valideynlər və təhsil mütəxəssisləri arasında fikir ayrılığı yaradıb. 

Musa
Milli.Az