Bakı bulvarı dağlalələri ilə yenidən rəngə boyandı - FOTOlar

2 Aprel 2026 10:25

Dənizkənarı Milli Parkda dağlalələri baharın ən gözəl rəng harmoniyasını yaradır.

Milli.Az xəbər verir ki, bir neçə ildir ki, Bakı bulvarının ənənəsinə çevrilən dağlalələri bu yaz da Milli Parka özünəməxsus rəng qatır.

Güllərin ən müxtəlif rəng çalarlarında əkildiyi ərazilər Bakı bulvarına bahar təravəti gətirməklə yanaşı ziyarətçilərin ən çox sevdiyi guşəyə çevrilir.

Ayxan
Milli.Az