Dünya ulduzu Kristiano Ronaldo və sevgilisi Corcina Rodriqes ilə bağlı maraqlı xəbər gündəm yaradıb.
Milli.Az xarici mediaya istinadən yayılan məlumata görə xəbər verir ki, Corcinaya olduqca bənzəyən bir qadın sosial şəbəkələrdə sürətlə məşhurlaşmağa başlayıb. Onun bu addımı həm mətbuatın, həm də istifadəçilərin diqqətini cəlb edib.
Söhbət Viktoriya adlı qadından gedir. Barselonada yaşayan Viktoriya üç uşaq anasıdır və inzibati köməkçi kimi çalışır. O, bloqer fəaliyyətinə yeni başlasa da, qısa müddətdə böyük maraq doğura bilib.
Belə ki, cəmi bir ay ərzində onun sosial media hesabına 80 minə yaxın izləyici toplaşıb. Bununla belə, bəzi istifadəçilər onun görüntülərinin süni intellekt vasitəsilə yaradıldığını iddia edərək müzakirələrə səbəb olublar.
Bu iddialara cavab olaraq Viktoriya makiyajsız videolar paylaşaraq real olduğunu sübut etməyə çalışıb.
O, açıqlamasında Kristiano Ronaldo haqqında da fikirlərini bölüşüb. Viktoriya bildirib ki, futbola xüsusi marağı yoxdur və Ronaldonun oyunlarını mütəmadi izləmir. Onun sözlərinə görə, futbolçu haqqında məlumatları daha çox oğlundan eşidir.
Buna baxmayaraq, o, Ronaldonun bəzi müsahibələrinə baxdığını və onu intizamlı, məqsədyönlü və məsuliyyətli insan kimi qiymətləndirdiyini vurğulayıb.
Musa
Milli.Az