ABŞ Prezidenti Donald Trump növbəti mətbuat konfransında sərgilədiyi davranışlarla yenidən gündəmə gəlib.
Milli.Az xəbər verir ki, çıxışı zamanı Trampın qeyri-adi jest və mimikaları diqqətdən yayınmayıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə onun əl hərəkətləri, üz ifadələri və reaksiyaları istifadəçilər tərəfindən geniş müzakirə olunub.
Bir çox izləyici prezidentin bu davranışlarını emosional çıxışın nəticəsi kimi qiymətləndirsə də, bəziləri bunu diqqətçəkən performans kimi dəyərləndirib. Xüsusilə bəzi anlarda sərgilədiyi mimikalar sosial mediada zarafat mövzusuna çevrilib.
Mövzu qısa müddətdə trendə çevrilərək müxtəlif platformalarda fərqli reaksiyalar doğurub. İstifadəçilər arasında fikir ayrılığı yaranıb. Bir qrup bunu təbii davranış hesab etdiyi halda, digər qrup dövlət başçısından daha rəsmi üslub gözlədiyini bildirib.
Qeyd edək ki, Tramp daha əvvəlki çıxışlarında da jest və danışıq tərzi ilə tez-tez müzakirələrə səbəb olub.
Milli.Az