“Azeri Light” enir, “Brent” yüksəlir - Bazarda qarışıq dinamika

2 Aprel 2026 09:41

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 1,56 ABŞ dolları və ya 1,18% ucuzlaşaraq 130,79 ABŞ dollarına enib.

Bu barədə Milli.Az-a neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,47 dollar və ya 1,17% ucuzlaşaraq 124,08 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,71 dollar və ya 0,72% azalaraq 97,85 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,22 dollar və ya 0,96% artaraq 128,46 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

Milli.Az