Aprelin 1-i saat 23 radələrində Cəlilabad rayonunun Maşlıq kəndində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, 1941-ci il təvəllüdlü kənd sakini Bəhrəm Nuriyev yaşadığı, qohumuna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə baş vermiş yanğın zamanı həyatını itirib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Milli.Az