Meyxanaçı Vüqar Əbdülov sənət yoluna necə gəldiyini açıqlayıb.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, əslində məqsədi aktyor olmaq olub və bu istiqamətdə təhsil alıb. Onun sözlərinə görə, tələbəlik illərində meyxana ilə məşğul olmaq heç ağlından belə keçməyib.
Əbdülov qeyd edib ki, təhsil aldığı dövrdə bir çox qrup yoldaşı sonradan Əməkdar və Xalq artisti fəxri adlarına layiq görülüb. Onlarla münasibətlərinin bu günə qədər səmimi qaldığını deyən ifaçı, dostlarının da onun aktyor kimi fəaliyyət göstərməməsinə görə təəssüfləndiyini vurğulayıb.
Söz ustası həyatında baş verən ağır avtomobil qəzasının taleyini dəyişdiyini etiraf edib. O bildirib ki, qəza nəticəsində üzündə yaranan ciddi izlər aktyorluq karyerasını davam etdirməsinə mane olub.
Bu səbəbdən o, məcbur qalaraq meyxana sənətinə yönəldiyini deyib. Əbdülov əlavə edib ki, xarici görünüşünün aktyorluq üçün uyğun olmadığını düşündüyü üçün bu sahədən uzaqlaşıb və nəticədə meyxana onun əsas fəaliyyətinə çevrilib.
Musa
Milli.Az