Günün qoroskopu: Köhnə borcları qaydaya salaraq irəli gedə bilərsiniz

2 Aprel 2026 00:01

Milli.Az bu günün qoroskopunu təqdim edir:

Qoç
Bu dövr sizin birbaşa münasibətlər sahənizi hədəf alır. Aylardır davam edən qərarsızlıqlar və tərəfdaşınızla aranızda yığılıb qalmış problemlər artıq gizli qala bilməyəcək. Ya münasibətinizi yeni və daha ciddi bir mərhələyə daşıyacaqsınız, ya da sizə yük olan bağları tamamilə qıracaqsınız. Həqiqətlərlə üzləşmək və net qərarlar vermək üçün uyğun zamandır.

Buğa
Sizin üçün əsas mövzu gündəlik iş rejimi və sağlamlıqdır. İş mühitinizdə uzun müddətdir üzərində işlədiyiniz bir layihənin sonuna gələ bilərsiniz. Eyni zamanda, laqeyd yanaşdığınız sağlamlıq məsələləri özünü xatırladacaq. Dietaya başlamaq və ya yuxu rejimini qaydaya salmaq üçün enerjiniz artacaq. Bədəninizi dinləmək və onu həddindən artıq yormamaq tövsiyə olunur.

Əkizlər
Sevgi həyatınız, yaradıcılığınız və hobbiləriniz ön plana çıxır. Zehniniz hər zamankindən daha aktiv olacaq və yaradıcı ideyalarınız peşəkar bir işə çevrilə bilər. Sevgi münasibətlərində "mən həqiqətən nə istəyirəm?" sualına cavab tapacaqsınız. Köhnə bir hobbi və ya keçmişdən gələn bir insan gündəminizi məşğul edə bilər.

Xərçəng
Diqqətiniz tamamilə evinizə, ailənizə və şəxsi köklərinizə yönəlir. Daşınmaz əmlakla bağlı bir məsələ və ya evdəki təmir işləri yekunlaşa bilər. Ailə daxilində gizli qalmış söhbətlərin açılması mümkündür. Keçmişə olan bağlılığınız bu gün sizə mühüm dərslər verəcek. Evdə huzur yaratmaq üçün keçmişun ağır yüklərini geridə qoymalısınız.

Şir
Ünsiyyət bacarıqlarınızın və intellektual gücünüzün artdığı bir dövrdür. Vacib bir müqavilə imzalaya bilər və ya təhsil planınızı yekunlaşdıra bilərsiniz. Sözlərinizin ətrafınızdakı insanlar üzərində təsiri böyük olacaq. İstedadlarınızı nümayiş etdirməkdən çəkinməyin, çünki bu dövrün enerjisi cəsarətli addım atanları mükafatlandıracaq.

Qız
Maddi resurslarınız və özünüzə verdiyiniz dəyər əsas müzakirə mövzusudur. Gəlirlərinizlə bağlı vacib bir xəbər ala bilər və ya büdcənizi yenidən planlamalı ola bilərsiniz. Analitik zəkanız sayəsində maliyyə məsələlərində doğru qərarlar verəcəksiniz. Kiçik detallara çox qapanmadan, gələcək maddi hədəflərinizə fokuslanın.

Tərəzi
Günün ən şanslı və diqqət mərkəzində olanı sizsiniz. Şəxsi həyatınızda və xarici görünüşünüzdə böyük transformasiyalar etmək üçün güclü istək hiss edəcəksiniz. İnsanların sizə qarşı baxışı və münasibəti dəyişir. Öz ehtiyaclarınızı başqalarının istəklərindən üstün tutmağı və həyatınızda tarazlıq yaratmağı öyrənəcəksiniz.

Əqrəb
Sizin üçün daha çox ruhsal dincəlmə və daxili dünyanıza çəkilmə vaxtıdır. Gizli qalan sirlər və ya sizdən gizlədilən bəzi məlumatlar üzə çıxa bilər. Psixoloji olaraq sizə ağırlıq edən bir yükdən azad olacaqsınız. İntuisiyanıza güvənin, çünki daxili səsiniz sizə ən doğru yolu göstərəcək.

Oxatan
Sosial çevrəniz və dostluq münasibətləriniz sınaqdan keçir. Kimin həqiqi dost olduğunu, kimin isə sadəcə yolüstü tanış olduğunu net şəkildə görəcəksiniz. Uzun müddətdir arzuladığınız bir xəyalın reallaşdığının şahidi ola bilərsiniz. Yeni bir sosial qrupa daxil olmaq və ya gələcək planlarınızı yeniləmək üçün uyğun zamandır.

Oğlaq
Karyera pillələrində və cəmiyyət qarşısındakı statusunuzda mühüm bir mərhələ yekunlaşır. İş həyatınızda çəkdiyiniz zəhmətin bəhrəsini görməyə başlayacaqsınız. Vəzifə artımı və ya peşəkar fəaliyyətinizlə bağlı gözlənilən vacib xəbərlər gələ bilər. Zirvəyə gedən yolda ailəvi məsuliyyətlərinizi də unutmamağınız vacibdir.

Dolça
Dünyagörüşünüzü kökündən dəyişəcək hadisələr yaşaya bilərsiniz. Təhsil, xarici səfərlər və ya hüquqi məsələlərlə bağlı uzun müddətdir davam edən qeyri-müəyyənliklər sona çatır. İnnovativ ideyalarınızı paylaşmaq və gələcəyə dair yeni strateji planlar qurmaq üçün enerjiniz çox yüksək olacaq.

Balıqlar
Maddi və mənəvi transformasiya dövründəsiniz. Ortaq büdcə, borclar, bank işləri və ya miras məsələləri ilə bağlı netləşmə yaşayacaqsınız. Ruhsal olaraq bir qabıq dəyişmə müddətində olduğunuz üçün qorxularınızla üzləşmək sizi daha da gücləndirəcək. Köhnə borcları və bitməmiş işləri qaydaya salaraq irəli gedə bilərsiniz.

Lalə Qüdrətova
Milli.Az