7 mart tarixində "Nəsillərin dialoqu" layihəsi çərçivəsində üçüncü konsert baş tutub.
Tədbirin əvvəlində Xalq artisti Azər Zeynalov layihənin mahiyyətindən bəhs etdi. Ardınca səhnəyə Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə çıxış etdi.Konsertdə Azər Zeynalov, Taleh Yahyayev və onların tələbələri (konsertmeysterlər - R.Qurbanova və A.Ağayeva) çıxış edərək dinləyicilərə parlaq musiqi nömrələri təqdim etdilər. Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirildi.
Növbəti "Gənc istedadlar" adlı abonement konserti 14 mart tarixində baş tutub. Solistlər - Aytac Novruzova (violin), Suel Kərimli (piano), Leyla Fərədzadə (piano), Suraya Qəni (piano), Ayxan Quluzadə (piano), Ferzin Əfəndiyeva (piano), Dilarə Əhmədova, Said Həsənov (piano), Müzəffər Əliyev, Miray Fərzulla (piano), Baturay Hüseynzadə (piano), Zəhra Xəlilova (violin), Nüşabə Əlizadə (piano), Həcər Hüseynli (violin), İlay Kərimli (violin), Əminə Eyvazova (violin), Ümid Əliyev (piano), Yəhyə Rzayev (violin), Nərgiz Səfərova (violin), Banu Qasımova (piano), Əliəkbər Muradlı (tar), Nərgiz Yaqubova (qanun), Adəm Eminli (tar), Nəsir Allahverdiyev (tar), Zeynəb Əlizadə(piano), Ayşən Umudova(piano), Camal Əliyev (klarnet), Fərəh Əliyeva(piano), Fuad Abbaszadə (piano), Səid İsmayılzadə (piano), Sara Rüstəmli (qanun) və konsertmeysterlər -
D.Əhmədova, S.Rəhimova, A.Umudova, L.Əhmədova, L.İsrafilova, Z.Usubova, A.Səfərova dinləyicilər qarşısında çıxış edib. Proqramda Azərbayan, rus və Avropa bəstəkarlarının əsərləri səslənib.
28 mart tarixində "Nəsillərin dialoqu" layihəsi çərçivəsində konsert proqramı təqdim olunub.Tədbirin əvvəlində çıxış üçün səhnəyə Azərbaycan Milli Konservatoriyasının Elm, İnnovasiya və Yaradıcılıq məsələləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova dəvət olunub. Konsert proqramında Əməkdar artist Zenfira İsmayılova və AMK-nın milli vokal ixtisası üzrə tələbələri (konsertmeysterlər V.Əzizova və R.Qurbanova) çıxış ediblər. Proqramda Azərbaycan və dünya bəstəkarlarının əsərlərini yüksək peşəkarlıqla təqdim edərək musiqisevərlərin rəğbətini qazanıblar.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az