AFFA "Qarabağ"ı cərimələdi

1 Aprel 2026 16:58

AFFA İntizam Komitəsi Əvəzedicilər liqasının 21-ci turunda "Sabah-2" ilə matçda meydandan çıxıb sonra geri qayıdan "Qarabağ-2"ni cəzalandırıb.

Milli.Az xəbər verir ki, federasiya buna görə Ağdam klubunu 1000 manat cərimə edib. 

Bundan başqa, oyundan sonra stadiona ziyan vuran "Sabah-2" barədə də qərar qəbul edilib. Arenadakı ziyan Masazır təmsilçisi tərəfindən ödəniləcək. 

Qeyd edək ki, "Qarabağ-2"nin baş məşqçisi Maksim Medvedev "Sabah-2" ilə oyunda hakim qərarlarına etiraz olaraq komandasını meydandan çıxarmışdı. Daha sonra isə onlar geri qayıdaraq matça davam etmişdilər.

Milli.Az