“Çelsi” böyük zərərlə üzləşdi

1 Aprel 2026 16:40

İngiltərənin "Çelsi" futbol klubu ötən maliyyə ili üzrə hesabatını təqdim edib. London təmsilçisi 490.9 milyon funt sterlinq (1 milyard 104 milyon AZN) gəlir əldə etməklə klub tarixinin ikinci ən yaxşı göstəricisinə imza atıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, gəlirlərin artmasına əsasən Premyer Liqanın yeni televiziya müqaviləsi və Klublararası Dünya Çempionatının yayım hüquqları kömək edib. Oyun günlərindən əldə olunan gəlir 86.8 milyon funt sterlinqə (195.3 milyon AZN), transferlərdən gələn mənfəət isə 57.9 milyon funt sterlinqə (130.3 milyon AZN) yüksəlib.

Lakin bu artımlar klubu ümumi itkilərdən xilas etməyib. Vergilər çıxılmadan əvvəl "Çelsi" 262.4 milyon funt sterlinq (590.5 milyon AZN) zərər etdiyini bildirib.

Qeyd edək ki, əvvəlki il klub 128.4 milyon funt sterlinq (288.9 milyon AZN) mənfəət açıqlamışdı, lakin həmin məbləğ qadın komandasının və otellərin satışı sayəsində mümkün olmuşdu.

Milli.Az