Aysel Əlizadə əməliyyat olundu

1 Aprel 2026 16:04

Müğənni Aysel Əlizadə plastik əməliyyat etdirib.

Milli.Az xəbər verir ki, sənətçi ötən gün əməliyyat olunduğunu açıqlasa da, hansı prosedurdan keçdiyini gizli saxlayıb. O bildirib ki, etdiyi dəyişiklik kiçik olsa da, onun üçün çox önəmlidir.

Aysel paylaşımında "bəzən böyük dəyişikliklərə ehtiyac olmur, düzgün əllərdə edilən incə toxunuş kifayətdir" sözlərini qeyd edib.

Milli.Az