Elnur ölümdən döndü: "Komaya girə bilərdim..."

1 Aprel 2026 14:37

Müğənni Elnur Məmmədov yeni "Nərgiz" klipinin çəkilişləri zamanı ciddi qəza yaşadığını açıqlayıb.

Milli.Az xəbər verir ki, o, verilişdə bildirib ki, at üstündə olarkən nəzarəti itirib və yıxılma təhlükəsi ilə üzləşib. Sənətçi həmin anı "ölümlə üz-üzə qaldım" kimi dəyərləndirib, lakin ciddi xəsarət almadığını və sağ-salamat qaldığını vurğulayıb:

"Cıdır düzündə, Hacı Zeynalabdın Tağıyevin ev muzeyində oldum. Bir çox yeri gəzdik. Bu klip zamanı qəza yaşadım. Ən hündür və əhilləşdirilmiş atları seçdim. Atın belində idim, ayağımı da bərk sıxmışam ki, möhkəm oturum. Demək ki, özümü sığortalamamışdım. Mən atın belində olanda at qalx və belini vur yerə. Oruclu idim, hər evdən çıxanda anam Quran altından keçirir. Allahın möcüzəsi olur. Mən həmin möcüzəni yaşadım. Şükür ki, balalarımın yanındayam. Komaya girə, yer xəstəsi ola bilərdim" .

Milli.Az