Vətən müharibəsi qazisi Amin Musayev xəstəxanadan paylaşım edərək izləyicilərindən dəstək istəyib.
Milli.Az xəbər verir ki, o, sosial mediada yayılan görüntüsündə vəziyyəti barədə məlumat verib və hər kəsi onun üçün dua etməyə çağırıb.
Amin paylaşımına əlavə edib: "Qara ciyərimdə problem var. İnşallah bu da keçər".
İzləyicilər qazi Aminin səhhətinə görə narahatlıq ifadə edib, ona tezliklə sağalması üçün xoş sözlər yazıblar. Paylaşım qısa zamanda dəstək mesajları sosial şəbəkələrdə yayılıb.
Hüseyn
Milli.Az