Yeni çəkilən yol niyə ÇÖKDÜ? - RƏSMİ - YENİLƏNİB

1 Aprel 2026 15:51

Xırdalan-Masazır-Novxanı avtomobil yolundan ayrılaraq Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən yolda çökmə hadisəsi qeydə alınıb.

Bunu Milli.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yollardı Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Hadisə qeydə alınan kimi dərhal əraziyə Agentliyin əməkdaşları cəlb olunub, əlavə təhlükəsizlik tədbirləri görülüb və hərəkətin təhlükəsiz təşkili təmin edilib.

Aparılmış ilkin araşdırmalara əsasən, çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub.

Baş vermiş hadisə ilə bağlı operativ tədbirlərin görülməsi və problemin aradan qaldırılması məqsədilə aidiyyəti quruma dərhal məlumat verilib.

Hazırda ərazidə vəziyyətin tam stabilləşdirilməsi və qəzanın aradan qaldırlması üçün aidiyyəti qurum tərəfindən müvafiq addımlar atılır.

Milli.Az
_______________
Saat - 13:41

Abşeron rayonunda yol çöküb.

Milli.Az xəbər verir ki, hadisə Masazır qəsəbəsində "Zəngilan şəhərciyi" ərazisində qeydə alınıb.

Bildirilir ki, yeni çəkilən yol qısa müddət sonra çöküb.

Hazırda yolun bəzi hissələrində ciddi deformasiya müşahidə olunur.

Mina 
Milli.Az