Yaponiyalı azarkeşlərdən nümunəvi davranış

1 Aprel 2026 15:59

Yaponiya milli komandası ilə İngiltərə milli komandası arasında keçirilən yoldaşlıq görüşündən sonra qonaq azarkeşlər nümunəvi davranışları ilə diqqət çəkiblər.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, qarşılaşma "Uembli" stadionunda baş tutub və yaponlar 1:0 hesablı qələbə qazanıblar.

Oyunun ardından yaponiyalı azarkeşlər tribunalarda qalan zibilləri özləri toplayaraq stadionu təmiz vəziyyətdə tərk ediblər.

Onların bu addımı futbol ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib və nümunə kimi göstərilib.

Milli.Az