Qattuzo İtaliya xalqından üzr istədi

1 Aprel 2026 13:45

İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo komandasının 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməməsinə görə üzr istəyib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki,  italiyalılar mundialda iştirak hüququ uğrunda A yolunun final pley-off matçında Bosniya və Herseqovina milli komandası ilə qarşılaşmada uduzublar (1:1, 1:4 penaltilər seriyası).

"İtaliyanın qarşıdakı dünya çempionatına vəsiqə qazana bilməməsinə görə şəxsən üzr istəyirəm. Lakin futbolçularımız meydanda əllərindən gələni etdilər", - deyə Qattuzo vurğulayıb.

Qeyd edək ki, italiyalılar sonuncu dəfə dünya çempionatında 2014-cü ildə iştirak ediblər.

Milli.Az