Zəmanət müddəti ərzində balonların işlək vəziyyətdə olması, təzyiq göstəriciləri və kənar müdaxilələrdən mühafizəsi vaqonlardakı avtomatik nəzarət sistemləri vasitəsilə, həmçinin Metropolitenin yanğın təhlükəsizliyinə məsul müvafiq struktur bölməsi tərəfindən mütəmadi nəzarətdə saxlanılır.
Məsələyə dövlət nəzarəti isə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Bakı Metropoliteni üzrə Dövlət yanğın nəzarəti şöbəsinin inspektorları tərəfindən müəyyən dövriliklə keçirilən yanğın-texniki müayinələr vasitəsilə təmin edilir.
Odsöndürən balonların möhürü üzərindəki zaman göstəricisinə gəldikdə isə, balonların zəmanət müddəti daxilində olduğunu nəzərə alaraq, onların ehtiyac olmadığı halda vaxtından əvvəl yenilənməsinə zərurət yaranmır.
Ölkə hüdudları daxilində sözügedən balonlara texniki xidmətin göstərilməsinə ehtiyac yarandığı təqdirdə, təmir-sazlama işləri, keyfiyyətinin bərpası "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icazəyə malik hüquqi və ya fiziki şəxslər tərəfindən həyata keçirilir.
Aysel Əkbər
Milli.Az