Meyxanaçı Mehman Əhmədli ilə yazıçı Kəramət Böyükçöl arasında qalmaqal gündəmə çevrilib.
Milli.Az xəbər verir ki, söz ustası açıqlamasında Kəramət Böyükçölün meyxana haqqında səsləndirdiyi fikirlərə sərt reaksiya verib. O, bildirib ki, meyxana haqqında danışan şəxsin özü də bu sahədə söz sahibi və müəyyən səviyyədə olmalıdır:
"Meyxana haqqında danışan adamın özü söz sahibi olmalıdır, meyxana qədər səviyyəsi olmalıdır. Kəramətin kimdir ki, meyxana deyənlər barədə mənfi danışır?"
Sənətçi əlavə edib ki, yazıçının fəaliyyətini də ciddi qəbul etmir: "Adını yazıçı qoyub, amma kitabları danışılmır. Ona görə efirlərə dəvət olunmur, sadəcə danışığına görə çağırılır".
Mehman Əhmədli onların arasında danşıq olması iddialarını da təkzib edib: "Onu cəmi bir dəfə yığmışam, demişəm ki, oturaq danışaq, niyə sənətimizi pisləyirsən. Deyib ki, vaxtı yoxdur və danışmaq istəmir. Narahat edilsəm, lazımi orqanlara müraciət edəcək.
O, həmçinin bildirib ki, qarşı tərəfin fikirlərini qəbul etmir və bu məsələni daha da böyütmək niyyətində deyil: "Onun düşüncəsini də, özünü də tanıdım. Onunla ağız-ağıza verib həyamı itirə bilmərəm".
Meyxanaçının bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və istifadəçilər arasında fikir ayrılığı yaradıb.
Musa
Milli.Az