ABŞ Prezidenti Donald Tramp İranla müharibənin iki-üç həftəyə başa çata biləcəyini bildirib.
Milli.Az xəbər verir ki, o, razılaşmanın olub-olmamasının vacib olmadığını, əsas məqsədin İranın imkanlarını zəiflətmək olduğunu deyib. Ağ Ev yaxın günlərdə məsələ ilə bağlı rəsmi açıqlama veriləcəyini açıqlayıb.
İsrailin Baş naziri Benjamin Netanyahu isə hərbi əməliyyatların davam edəcəyini və İranın zəiflədilməsinin hədəf olduğunu bildirib.
Qeyd edək ki, şərqdə gərginlik davam edir. Küveyt hava limanı, Bəhreyn və Qətər yaxınlığında hücumlar qeydə alınıb, İranda isə bir neçə bölgənin vurulduğu bildirilib.
Milli.Az