Bir qadın vəkilin sosial mediada səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, adı açıqlanmayan vəkil evli kişilərlə münasibət yaşayan qadınlara sərt reaksiya verib. O, paylaşımında bu sözləri deyib:
"Ağlınızı başınıza yığın, 50 boşanma işi varsa, 49-da siz varsınız. Üstəlik, bir də uşaq dünyaya gətirənlər var. Dünyada subay kişi qalmayıbmı?"
Vəkilin bu çıxışı qısa müddətdə sosial şəbəkələrdə yayılıb və istifadəçilər arasında ciddi müzakirələr yaradıb. Bəziləri onun fikirlərini dəstəkləyərək ailə institutunun qorunmasının vacibliyini vurğulayıb.
Digər tərəfdən, bir qrup istifadəçi isə bu yanaşmanı tənqid edib. Onlar bildirib ki, münasibətlərdə məsuliyyət yalnız qadınların üzərinə qoyulmamalıdır və evli kişilərin də eyni dərəcədə cavabdeh olduğu unudulmamalıdır.
Mövzu ətrafında yaranan debatlar cəmiyyətdə ailə dəyərləri, sədaqət və fərdi məsuliyyət kimi məsələlərin yenidən gündəmə gəlməsinə səbəb olub. Sosial şəbəkələrdə müxtəlif baxış bucaqları ilə paylaşılan rəylər isə müzakirələrin hələ bir müddət davam edəcəyini göstərir.
Musa
Milli.Az