Harvard Universitetinin apardığı tarixi araşdırma sübut etdi ki, dövrümüzün qorxulu yuxusu olan Alzeymerə qarşı ən güclü qalxan laboratoriyalarda deyil; hər gün tıxacda yol tapan taksi və təcili yardım sürücülərinin beynində gizlənib.
Milli.Az xəbər verir ki, tədqiqatçılar ABŞ-dəki 9 milyona yaxın ölüm sənədini və 443 fərqli peşə qrupunu analiz edərək gözlənilməz nəticəyə gəliblər. Araşdırmaya görə, hər gün mürəkkəb şəhər marşrutlarında anlıq qərarlar verməli olan sürücülərdə Alzeymerdən ölüm halı ən aşağı səviyyədədir.
Ölüm səbəbi Alzeymer olanların nisbəti:
Ümumi orta göstərici: %3,88
Taksi sürücüləri: %1,03 (Ortalamadan çox aşağı)
Təcili yardım sürücüləri: %0,74 (Ən aşağı göstərici)
Avtobus sürücüləri (sabit marşrut): %3,11
Təyyarə pilotları (avtopilot): %4,57 (Risk daha yüksəkdir)
Bəs niyə taksi sürücüləri qorunduğu halda, avtobus sürücüləri və ya pilotlar eyni üstünlüyə malik deyil? Elm adamları bunu beynin yaddaş və yön tapma mərkəzi olan "hipokampus" bölgəsinin aktiv istifadəsi ilə əlaqələndirirlər.
Avtobus sürücüləri: Hər gün əzbərlənmiş eyni yolla gedirlər (sanki "hazır yeməyi isidirlər").
Taksi və təcili yardım sürücüləri: Daim qısa yollar tapmaq, tıxaca görə marşrutu dəyişmək və zehni xəritə yaratmaq məcburiyyətindədirlər (sanki "yeməyi sıfırdan bişirirlər").
Bu aktiv zehni məşq hipokampusu daim canlı və güclü saxlayır. Altsheymer xəstəliyi isə məhz ilk olaraq beynin bu bölgəsinə hücum edir.
Araşdırmanın ən düşündürücü məqamı texnologiyanın beyinə təsiridir. İnclənən sənədlər GPS (naviqasiya) texnologiyası olmadan, küçələri əzbərləyərək işləyən köhnə nəsil sürücülərə aiddir.
Mütəxəssislər, bu gün yön tapmağı tamamilə naviqasiya cihazının səsinə həvalə edən və zehni xəritə yaratmayan yeni nəsil sürücülərin eyni qoruyucu effekti görüb-görməyəcəyi barədə ciddi narahatlıq keçirirlər.
Lalə Qüdrətova
Milli.Az