7 yaşlı qız 88 min dolları pəncərədən atdı

31 Mart 2026 19:58

Moskvada yeddi yaşlı məktəbli anası ilə mübahisə edib və intiqam almaq üçün içərisində 88 min dollar olan çantanı pəncərədən çölə atıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı məlumatlı olan mənbə bildirib ki, pəncərədən atılan pulu tapan uşaqlar onun bir hissəsini öz aralarında bölüb, qalanını isə yandırıblar.

Hüquq-mühafizə orqanları hadisəni araşdırdıqdan sonra 88 min dolların 83 mininin qanuni sahibinə ödəniləcəyini açıqlayıb.

Milli.Az