Tanınmış musiqiçi vəfat etdi - FOTO

31 Mart 2026 19:52

Məşhur qarmon ifaçısı vəfat edib.

Milli.Az bildirir ki, görkəmli qarmon ifaçısı Mail Quliyev dünyasını dəyişib.

Sənətkar bu gün doğulduğu Gəncə şəhərində,İmamzadə kompleksində dəfn olunub.

Qeyd edək ki,62 yaşlı Mail Quliyev onkoloji xəstəlikdən əziyyət çəkirdi.O,uzun müddət tanınmış sənətçilər Könül Xasıyeva,Tacir Şahmalıoğlu,Etiram Hüseynov,Nadir Qafarzadə və başqaları ilə eyni ansamblda çalışıb.

Xatırladaq ki, mərhum qarmon ifaçısının oğlu Muraz Quliyev də musiqiçidir.//Lent.az

Milli.Az