Ağdamın Quzanlı qəsəbəsində dayısı qızı Cəfərova Leylanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Milli.Az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Ş.Bayramov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
------------
Ağdamda 19 yaşlı qıza bıçaqla xəsarət yetirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib.
Belə ki, rayon sakini Cəfərova Leyla üz nahiyəsi və sol əlindən kəsilmiş yaralarla Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, L. Cəfərova ətir satıcısı kimi fəaliyyət göstərir.
Milli.Az