Venesiya Komissiyası Azərbaycanın “Normativ hüquqi aktlar” haqqında Konstitusiya Qanunu layihəsinə müsbət rəy verib
4 İyun 2010 16:29
Sessiyada Azərbaycanın "Normativ hüquqi aktlar" haqqında Konstitusiya Qanunu layihəsinə dair komissiyanın rəyi müzakirə olunaraq qəbul edilib. Qeyd edək ki, ötən ilin noyabrında Prezident Administrasiyasının qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanunu layihəsinə rəy verilməsi üçün bu sənədi Venesiya Komissiyasına göndərib. Sözügedən sənəd lə bağlı VK-nın İtaliyadan olan üzvü Bartole və İsveçrəli ekspert Mader öz şərhlərini təqdim ediblər.
Sessiyada iştirak edən Venesiya Komissiyasının Azərbaycandan olan üzvü Lətif Hüseynov Konstitusiya Qanunu layihəsinin müsbət qiymətləndirildiyini vurğulayıb. O, Venesiya Komissiyanın qəbul etdiyi rəyi tezliklə Azərbaycan hökumətinə təqdim edəcəyini bildirib. Lətif Hüseynov Konstitusiya Qanunu layihəsinin mayın 7-də öncə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri üzrə komitəsində müzakirə ediləcəyini və daha sonra iyunun 18-də Milli Məclisin plenar iclasına üçüncü oxunuş üçün çıxarılacağını bildirib. Prosedura görə, layihə qəbul olunmaq üçün altı aydan sonra Milli Məclisdə ikinci dəfə səsvermədən keçirilməlidir.