Məşhur azərbaycanlı müğənni səsini itirdi - SƏBƏB

31 Mart 2026 15:05

"Kamin" mahnısı ilə məşhurlaşan azərbaycan əsilli müğənni Jony səhhətində yaranan problem səbəbindən konsertlərini müvəqqəti təxirə salıb.

Milli.Az xəbər verir ki, o, martın 27-də Minsk şəhərində baş tutan konsert zamanı səsini itirib. Həkimlər ifaçıya danışmağı və oxumağı qəti şəkildə qadağan ediblər. Səs tellərində yaranan kəskin iltihab səbəbindən ona xüsusi müalicə təyin olunub və tam səs istirahəti tövsiyə edilib.

Hazırda sənətçi müalicə alır və ən azı üç həftə səhnədən uzaq qalacaq. Mütəxəssislər xəbərdarlıq edirlər ki, qaydalara əməl olunmadığı təqdirdə səsin qalıcı şəkildə zədələnməsi riski var. Vəziyyəti yaxşılaşarsa, onun aprelin 19-da yenidən səhnəyə qayıtması gözlənilir.

Qeyd edək ki, Jony bir müddət əvvəl Comedy Club proqramında Səbinə Xayrova ilə birlikdə görüntülənmişdi.

Asya
Milli.Az