Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşəcək.
Milli.Az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"1 aprel 2026-cı il tarixində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə işgüzar səfərlə Moskvada olacaq Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında danışıqlar keçiriləcək", - məlumatda qeyd olunur.
Kremldə bildirilib ki, görüş zamanı Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin cari vəziyyəti və perspektivləri, Avrasiya məkanında inteqrasiya əməkdaşlığı, eləcə də regional gündəliyin aktual məsələləri, xüsusilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafı müzakirə olunacaq.
Ayxan
Milli.Az