Əməkdar artistin 4 yaşında AZTV-də çıxışı - VİDEO

31 Mart 2026 15:00

Əməkdar artist Bəyimxanım Vəliyeva sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb.

Milli.Az xəbər verir ki, xanəndənin paylaşdığı videoda onun 1993-cü ildə AzTV2-də yayımlanan Novruz şənliyində səhnəyə çıxdığı əks olunub. Maraqlı məqam isə həmin vaxt Bəyimxanım Vəliyevanın cəmi 4 yaşında olmasıdır.

Görüntülər izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və qısa zamanda sosial mediada yayılaraq müzakirələrə səbəb olub. Bir çox istifadəçi sənətkarın uşaqlıqdan səhnəyə olan marağını və istedadını vurğulayıb.

Musa
Milli.Az