Lebron Ceyms Kərim Əbdül-Cabbarı təkrarladı

31 Mart 2026 14:11

"Los-Anceles Leykers"in hücumçusu Lebron Ceyms əfsanəvi Kərim Əbdül-Cabbarın rekordunu təkrarlayıb.

Milli.Az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu uğur NBA-nın müntəzəm mövsümündə "Vaşinqton Uizards"la keçirilən 120:101 hesablı oyunda qeydə alınıb.

Pley-off oyunları da daxil olmaqla, liqada qazanılan ümumi qələbələrin sayını 1228-ə çatdıran Lebron Ceyms bu göstərici üzrə tarixin ən yaxşı nəticəsinə şərik olub.

39 yaşlı basketbolçu görüşdə 21 xal, 10 ribaund və 12 məhsuldar ötürmə ilə "trip-dabl" edərək matçın ən məhsuldar oyunçusu seçilib.

Qeyd edək ki, hazırda "Los-Anceles Leykers" Qərb konfransında 49 qələbə və 26 məğlubiyyətlə 3-cü sıradadır, "Vaşinqton Uizards" isə 17 qələbə və 58 məğlubiyyətlə Şərq konfransında sonuncu - 15-ci pillədə qərarlaşıb.

Hüseyn
Milli.Az