Priştinada Türkiyə Milli Futbol Komandasının qaladığı otel gecə yarısı iki dəfə hücuma məruz qalıb.
Milli.Az xəbər verir ki, 2026 FIFA Dünya Kuboku Avropa Təsnifat mərhələsinin play-off turu final oyunları bu gün keçiriləcək. A Milli Futbol Komandası saat 21:45-də Kosova ilə qarşılaşacaq. Qələbə qazanan tərəf 24 il sonra Dünya Kubokunda iştirak hüququ qazanacaq.
Hazırlıqlarını tamamlayaraq Priştinədə məskunlaşan komandanın qalığı otelə gecə yarısı Kosovalıların iki dəfə gələrək futbolçuların yuxusunu pozmaq istədiyi bildirilib.
İlk gəlişdə təxminən bir dəqiqə davam edən havai fişek atışı həyata keçirilib, daha sonra başqa bir küçədən otel birbaşa hədəf alınaraq havai fişeklər otelin pəncərələrinə dəyib. Təhlükəsizlik tədbirlərinin kifayət etmədiyi müşahidə olunub.
O anlar gezi videoları ilə tanınan və matç üçün Kosovada olan YouTuber Tolga Öztürk tərəfindən paylaşılıb. Hadisədən sonra polis əməkdaşları hadisə yerinə çağırılıb.
Hüseyn
Milli.Az