MİDA vasitəsilə 240 min manatlıq dələduzluq: 4 şəxs məhkəmədə

31 Mart 2026 13:04

Vətəndaşlara MİDA-dan ev-alqı satqısı adıyla külli miqdarda dələduzluq etməkdə təqsirləndirilənlər Anar Həziyev, Rasim Əliyev, Şəmsiyyə İsmayılova və Ruslan Həsənovun cinayət işləri üzrə məhkəmə prosesi keçirilib. 

Milli.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmişlər dindirilib. 

Zərərçəkmiş İlham Məmmədov ona 10 min manat zərər dəydiyini bildirib:

"Təqsirləndirilən şəxs olan Şəmsiyyə İsmayılovaya 10 min vermişəm. Mənə 2 otaqlı ev söz verilmişdi. Mənə dəymiş ziyan ödənilməyib". 

Təqsirləndirilən şəxs Şəmsiyyə İsmayılova bildirib ki, zərərçəkmişin verdiyi puldan təqsirləndirilənlərdən 6 min manat, Ruslan Həsənova və özünə 2 min manat bölüşdürüblər. 

Zərərçəkmiş Əli İbrahimov bildirib, ikinci Qarabağ döyüşlərinin iştirakçısıdır və ev almaq üçün təqsirləndirilən şəxslərə 10 min verib:

"Şəmsiyyəyə 10 min vermişəm. Ortaq tanışlıq sayəsində görüşüb özüm şəxsən vermişəm. Bu problem yarananda Bakı şəhər Baş Polis İdarəsinə müraciət etdim. Onlar da mənə dəymiş ziyanı geri qaytardılar. Təqsirləndirilən şəxslərdən şikayətçi deyiləm". 

Təqsirləndirilən şəxs Şəmsiyyə İsmayılova bildirib ki, qaziyə dəymiş pulu Ruslanla birgə ödəyib. 

Məhkəmənin növbəti iclası aprelin 21-nə təyin edilib. 

Qeyd edək ki, hər dörd təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ümumi dəymiş ziyan isə 240 min manatdan artıqdır./Unikal.az

Milli.Az