"Bu işə başlayanda 140 kilo idim" - FOTOlar

5 Aprel 2026 09:25

Türkiyənin məşhur "Yeraltı" serialının baş rol ifaçısı Uraz Kaygılaroğlu açıqlaması ilə diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, aktyor etiraf edib ki, sənətə başladığı ilk illərdə çəkisi 140 kq olub. Lakin iradəsi və əzmi sayəsində o, zamanla arıqlayaraq hazırkı görünüşünə nail olub.

Bu dəyişiklik yalnız onun sağlamlığına fayda gətirməyib, eyni zamanda ekran işlərində ona əsas rolların həvalə olunmasına da imkan yaradıb.

Sosial şəbəkələrdə yayılan açıqlama izləyicilər arasında geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər Uraz Kaygılaroğlunun iradəsini və dəyişimini motivasiyaedici hesab edərkən, digərləri sağlam həyat tərzinin əhəmiyyətinə diqqət çəkiblər.

Musa
Milli.Az