İsmayıllıda ağır QƏZA: Ölənlər var

31 Mart 2026 10:17

Bu gün saat 05 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində Nicat Əsgərovun idarə etdiyi "VAZ-2115" markalı avtomobil yoldan çıxaraq aşıb. 

Milli.Az xəbər verir ki, hadisə nəticəsində nəqliyyat vasitəsində olan sərnişinlər 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı körpə(qız) hadisə yerində vəfat edib. 

Həmçinin avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı  qız və 7 yaşlı oğlan xəsarət alıb. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Milli.Az