Həmin qəzada həlak olan qardaşların məzarından VİDEO

31 Mart 2026 10:20

Xəbər verdiyimiz kimi, Neftçalada maşının kanala aşması nəticəsində qardaşlar 17 yaşlı Manaflı Rəvan və 15 yaşlı Manaflı Əli Vüsal oğlu vəfat ediblər.

Milli.Az xəbər verir ki, Neftçalada baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

Yeniyetmələr Bakıdan ailələri ilə birlikdə Neftçalanın Qaçaqkənd kəndinə bayram münasibətilə qonaq gəliblər. Səhər saatlarında kəndi gəzmək istəyən qardaşlar valideynlərinə məlumat vermədən avtomobilə minərək yola çıxıblar.

Lakin səfər faciə ilə nəticələnib. İdarəetmədən çıxan nəqliyyat vasitəsi kanala düşüb və qardaşlar hadisə yerində həyatlarını itiriblər. Qardaşların məzarlarından olan görüntü sosial şəbəkədə yayılıb. 

Qeyd edək ki, bir neçə gün əvvəl baş verən bu hadisə cəmiyyətdə dərin kədər hissi yaradıb.

Musa
Milli.Az