Millimiz FİFA turnirinin qalibi oldu

30 Mart 2026 22:04

Futbol üzrə Azərbaycan millisi "FIFA Series - 2026" beynəlxalq turnirində sonuncu oyununa çıxıb.

Milli.Az-ın məlumatına görə, komanda Syerra Leone yığması ilə qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb. Burada daha dəqiq olan Azərbaycan yığması (9:8) beynəlxalq turnirin qalibi olub.

Syerra Leone seçməsi isə ikinci yerlə kifayətlənib.

Milli.Az