Nahardan sonra niyə adamı yuxu basır? – SƏBƏBİ bəlli oldu

30 Mart 2026 07:39

Nahardan sonra yaranan şiddətli yuxululuq çox vaxt qidalanma ilə bağlı olur.

Milli.Az xəbər verir ki, xüsusilə tez həzm olunan karbohidratların çox qəbul edilməsi bu vəziyyətə səbəb ola bilər.

Şirniyyat və yağlı qidaların birlikdə qəbulu qan şəkərinin əvvəlcə sürətlə yüksəlməsinə, daha sonra isə kəskin şəkildə azalmasına gətirib çıxarır. Nəticədə yuxululuq, zəiflik, tərləmə, əsəbilik və qəfil aclıq hissi yarana bilər.

Şirin xəmir məhsulları, desertlər, ağ çörək və bulkalar, ağ düyü, kartof püresi qısa müddətli enerji versə də, bir müddət sonra enerji səviyyəsinin düşməsinə və yorğunluğa səbəb ola bilər.

Şəkərli içkilər də oxşar təsir göstərə bilir.

Bundan əlavə, həddindən artıq yemək, tələsik qidalanma da nahardan sonra yuxululuq hissinin yaranmasına səbəb olan amillər arasında yer alır.

Bundan başqa hazırki müasir homo sapienslərin atası olan niandertal irqləri, ilk ovçuluq və yığıcılıq zamanı məhdud ov imkanları səbəbindən bədən enerjilərini qorumaq üçün mümkün qədər hərəkətsiz və istirahət pozisiyasında olurdular.

Səbəb isə, növbəti ova qədər fiziki enerjilərini qoruyub saxlamaq istəkləri idi.

Bu səbəbdən günümüzə qədər, min illər tarixi olan bu fiziki vərdiş hələ də genetikamızda öz varlığını davam etdirir. (bizim.media.az)

Milli.Az