Məşhur aparıcı və müğənni Seda Sayan canlı yayımda diqqət çəkən açıqlamaları ilə gündəmə gəlib. O, bəyəndiyi bir şəxslə bağlı maraqlı etiraf edib.
Milli.Az xəbər verir ki, TV8-də yayımlanan "Gel Konuşalım" proqramına telefonla qoşulan aparıcı bildirib ki, bəyənib, sevdiyi kişinin şəxsiyyət məlumatlarını vəkili vasitəsilə yoxlatdırıb. Nəticədə həmin şəxsin evli olduğu məlum olub.
Seda Sayan qeyd edib ki, evlilik düşünən qadınlar daha diqqətli olmalıdır və bu cür yoxlamalar bəzən vacib ola bilər.
O həmçinin gözəllik sirləri ilə bağlı da açıq danışıb. Bildirib ki, etdirdiyi estetik prosedur cərrahi müdaxilə deyil. Aparıcı əlavə edib ki, bu prosedurun təsiri təxminən 3 həftə ərzində keçir və heç bir kəsik izi qalmır.(Lent.az)
Milli.Az