ABŞ İranın Hörmüz boğazı üzərində müddətsiz nəzarət qurmasına imkan verməyəcək.
Milli.Az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio "ABC News" telekanalına müsahibəsində bildirib.
"Onlar (İran hakimiyyəti - red.) Hörmüz boğazı üzərində müddətsiz nəzarət qurmaq, keçid haqqı sistemi tətbiq etmək və s. ilə hədələyir. Bu baş verməyəcək və prezidentin (ABŞ Prezidenti Donald Trampın - red.) bunun qarşısını almaq üçün istifadə edə biləcəyi bir sıra variantları var", - Rubio vurğulayıb. ("Report")
Milli.Az