Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib.
Milli.Az xəbər verir ki, hadisə Zaqatala-Muğanlı avtomobil yolunda, Aşağı Tala kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, "VAZ-21011" və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb.
Hadisə yerinə rayon Polis Şöbəsinin əmkdaşları və xilasedicilər cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən 1973-cü il təvəllüdlü Rüfət Qurbanovun meyiti avtomobildən çıxarılıb./apa
Milli.Az